Bizim xidmətlərimiz
Memarlıq və dizayn
“Aviva Construction and Services” MMC –də səliqəli, zövqlü, fantaziyalı, bacarıqlı, işgüzar dizayner və memarlar qrupu fəaliyyət göstərir. Memar və dizaynerlər (yaşayış binalarının, evlərin, villaların, koteclərin, ofislərin, ticarət obyektlərinin və sair ictimai iaşə müəssisələrinin) dizayn işlərini yerinə yetirir.
-layihələndirmə
-dizayn işləri
-landşaft dizaynı
Hər bir insan özünəməxsus xasiyyətə, xüsusiyyətlərə malikdir. Elə bu səbəbdən də hər bir tərtib edəcəyimiz işdə öncəliyimiz müştərilərimizin istəklərini nəzərə alaraq onları bu işdə yaşam tərzlərinə, daxili aləmlərinə uyğun olaraq bir məkanla təmin etməkdir. Biz sizə standartları qıraraq düzgün tərtib edilən bir dizayn işini təqdim edəcəyik. Şirkətimiz sizi kiçik büdcə ayırmaqla da düzgün zövqlə yaradılacaq bir məkana sahib olma ideologiyası ilə də təəccübləndirəcək. Sizə interyer dizaynın bəzi növləri barədə məlumatı təqdim edirik. Avanqard – Avangard üslubu XX əsrin əvvəllərində incəsənətdən interyerə keçid etdi. Bu yenilikçi istiqamətdə ən müasir materiallardan, məişət cihazlarından, qeyri-adi mebellərdən istifadə edilir. Bu növ interyer dizaynda rəng palitrasından məharətlə istifadə edilir.